Dünya
ABŞ Türkiyəyə müdaxilə edəcək - Ərdoğanı devirmək PLANI
ABŞ-ın “Foreign Policy” nəşrində yayımlanan məqalədə
Ərdoğanı devirmək çağırışı edilib.
Publika.az xəbər verir ki, məqalənin müəllifi
Con Hannah Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın başda Amerika
olmaqla, Yaxın Şərq və Avropa, eləcə də Türkiyənin özü üçün
təhlükəli şəxs olduğunu yazıb: “Türkiyə yavaş-yavaş uçurumdan aşağı
yuvarlanır. Terrorizm, daxili savaş, üfüqdə “müflis dövlət” və
“zorla bölünmə” kimi ssenarilər görünür. Ərdoğan PKK ilə yenidən
müharibə aparması Türkiyənin demoqrafik quruluşuna qarşı
hücumdur”.
Məqalədə Türkiyənin son illər İŞİD-ə dəstək verdiyi və ABŞ-ın
bunu qəbul etdiyi də iddia olunur.
“Türkiyədə ordunun dövlət çevrilişi etməsi ehtimalı var. Ərdoğan
bu ehtimala qarşı PKK ilə yenidən döyüşə başlayaraq, ordu ilə
ittifaq qurdu. Türkiyənin Ərdoğan problemi illərdir davam edir. ABŞ
rəsmiləri problemin o qədər də qorxulu olmadığını, getdikcə özünün
həll olacağını, beləliklə Yer üzündə ən önəmli geostrateji
torpaqların bir hissəsi ilə müttəfiqliyi pozmaq məcburiyyətinə
qalmayacağını düşünür. Lakin Ərdoğan problemi getdikcə böyüyür və
metastaz olur. ABŞ-ın maraqları üçün böyük təhlükələr yaratmaqda
davam edir. Tez, ya da gec hesablaşma günü gələcək, Amerika da bu
prosesdən daha az zərərlə çıxmaq üçünü indidən hazırlığa
başlamalıdır”, - deyə məqalədə bildirilir.
Asif
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı