NATO generalı Rusiya ilə bağlı planları açıqladı
Bizi izləyin

Dünya

NATO generalı Rusiya ilə bağlı planları açıqladı

“NATO-nun Polşa və Baltikyanı ölkələrdə yerləşdirmək istədiyi batalyonlar hərbi deyil, siyasi funksiya yerinə yetirəcək”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu NATO-nun hərbi komitəsinin sədri general Pyotr Pavel ittifaqın qərargahında keçirdiyi mətbuat konfransında deyib.

General Rusiya tərəfindən təhlükənin olmadığı bildirib: “Biz bu regiona əhəmiyyətli güclərin göndərilməsi imkanına baxmırıq. NATO Rusiyanın genişmiqyaslı təcavüzünə qarşı hərbi baryeri yaratmağa hazırlaşmır. Çünki analitiklərimiz belə bir təcavüz təhlükəsinin əlamətini görmürlər”.

Ötən ay isə Pavel bildirmişdi ki, ittifaqın şərq cinahında güclənmək barədə planları Rusiya ordusunun hərəkətləri ilə bağlıdır.

“Əgər Gürcüstan, Ukrayna, Krım və Suriyada Rusiyanın hücumları güclənməsəydi, NATO tərəfindən reaksiyalar olmazdı”, - çex generalı izah edirdi.

O, həmçinin qeyd edirdi ki, blokun şərq üzvləri Rusiyadan təhlükəni hiss edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm