Türkiyədə 2 ağır yol qəzası: 24 uşaq yaralandı - FOTOLAR
Bizi izləyin

Dünya

Türkiyədə 2 ağır yol qəzası: 24 uşaq yaralandı - FOTOLAR

Türkiyənin İzmir şəhərindən Artvin Hopa bölgəsinə sərnişin daşıyan avtobus Samsun-Ankara magistral yolunda qəzaya düşüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Metin Gürsoyun idarə etdiyi avtobus yolun kənarındakı dirəyə çırpılan zaman idarəetməni itirib və əks yolun kənarındakı yarğandan aşıb.

Qəza zamanı sürücü də daxil olmaqla 37 nəfər yaralanıb. Yaralılardan vəziyyəti orta-ağır olanı da var.

Eyni gündə Türkiyənin Adıyaman bölgəsindən Malatya istiqamətində hərəkət edən “02 DF 792” dövlət nömrə nişanlı mikroavtobus da qəzaya uğrayıb. Qəza baş verən zaman mikroavtobusun içərisində olan 24 nəfər azyaşlı uşaq da yaralanıb.

Yaralılar Doğanşəhir və Malatyadakı xəstəxanalara yerləşirilib. Yol qəzasında yaralanan uşaqlardan 3-nün vəziyyəti ağır olaraq qiymətləndirilir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm