Londonda 40 min sakin küçələrə çıxdı - VİDEO
Bizi izləyin

Dünya

Londonda 40 min sakin küçələrə çıxdı - VİDEO

Londonun 40 mindən çox sakini Böyük Britaniyanın Avropa Birliyinə üzvlüyü barədə referendumun nəticələrinə etiraz etmək üçün yürüş keçirib.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, Hayd Parkdan başlanan təntənəli yürüş parlament iclaslarının keçirildiyi Vestminster sarayın qarşısında başa çatıb.

Sarayın qarşısında mitinq-konsert keçirilib.

Qeyd edək ki, Britaniyanın Avropa Birliyinə üzvlüyü ilə bağlı referendum iyunun 23-də keçirilib. Referendumda “Brexit”in tərəfdarları 51,9 faiz səslə qalib gəliblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm