Türkiyədə növbəti terror – yaralılar var
Bizi izləyin

Dünya

Türkiyədə növbəti terror – yaralılar var

Türkiyənin Mardin vilayətinin Kızıltəpə və Nusaybin mahallarında PKK tərəfindən terror aktları törədilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kızıltəpə mahalında bir körpüyə qoyulan partlayıcı zirehli avtomobilin keçdiyi vaxt işə salınıb.

Hadisə nəticəsində biri hamilə qadın olmaqla üç mülki vətəndaş yaralanıb.

Nusaybində isə polis bölməsinə hücum təşkil edilib. Polislərin cavab atəşi ilə silahlı qarşıdurma baş verib. Terrorçular dağlıq əraziyə qaçıb. Bölgədə terrorçuların tutulması üçün geniş miqyaslı əməliyyat başlanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm