NATO Suriyaya müdaxilə edəcək
Bizi izləyin

Dünya

NATO Suriyaya müdaxilə edəcək

NATO-nun 8-9 iyul tarixlərində Varşavada keçirəcəyi sammitdə İŞİD terror təşkilatına qarşı əməliyyatlara erkən xəbərdarlıq sisteminə malik AWACS təyyarələrinin cəlb edilməsi barədə qərar qəbul edəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, AWACS təyyarələri alyansın birbaşa tabeçiliyində olan yeganə hərbi qüvvədir. Bu təyyarələr bir neçə min kilometr məsafədə hava məkanına nəzarət edir və olduqca böyük yüksəklikdən uçmaqla hər hansı hava hücumundan müdafiə sistemlərinə yaxalanmır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm