İŞİD-dən növbəti QƏDDARLIQ: 4 futbolçunun başını kəsdilər - FOTO
Bizi izləyin

Dünya

İŞİD-dən növbəti QƏDDARLIQ: 4 futbolçunun başını kəsdilər - FOTO

İŞİD terrorçu qruplaşması Suriyanın Rakka şəhər futbol klubunun dörd oyunçusunun başını kəsib.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu haqda "Al-Arabia" telekanalı iyulun 10-da məlumat yayıb. İnformasiyaya görə, onların günahı öz şəhərlərinin şərəfini qorumaq üçün yarışlarda iştirak etmələri olub.

Məlumata əsasən, terrorçular 4 gənci Rakkada insanların çox olduğu meydanda, əhalinin gözü qarşısında öldürüblər.

Qeyd edək ki, terrorçu İŞİD qruplaşması Rakkanı özünün "paytaxtı" elan edib. Onlar idmanın bütün növlərini, o cümlədən futbolu yasaqlayıblar. Rakka şəhəri 3 ilə yaxındır terrorçuların nəzarəti altındadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm