İran rəsmilərinin avtomobili atəşə tutulub: 2 ölü
Bizi izləyin

Dünya

İran rəsmilərinin avtomobili atəşə tutulub: 2 ölü

İran parlamentinin Qərbi İslamabad və Dalaho bölgəsindən olan nümayəndəsi Hişmətullah Fələhətpişənin avtomobilinə silahlı şəxslər atəş açıb.

APA-nın Tehran bürosunun məlumatına görə, H.Fəlahətpişə Kirmanşah əyalətinin Ricab bölgəsinə səfəri zamanı silahlı hücuma məruz qalıb.


Məlumata görə, “Pejo” markalı avtomobildə olan silahlı şəxslər odlu silahla avtomobil karvanını atəşə tutub. Hadisədə Dalaho şəhər bələdiyyəsinin sədrinin sürücüsü və Qərbi İslamabad şəhərinin baytarlıq idarəsinin rəisi həyatını itirib.

Dalaho şəhər bələdiyyəsinin sədri Fəramərz Əkbəri və Kirmanşah əyalətinin balıqçılıq təşkilatının sədri Fərzad Əfzəli isə yaralanıb. H.Fəlahətpişə xəsarət almayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm