Bu hesabat Merkeli pis vəziyyətdə qoyacaq - QALMAQAL
Bizi izləyin

Dünya

Bu hesabat Merkeli pis vəziyyətdə qoyacaq - QALMAQAL

Almaniya kəşfiyyatı (BND) Avropa Birliyi və NATO ölkələrinin hökumətlərini dinləyib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Almaniya parlamentinin xüsusi xidmət orqanlarının fəaliyyətinə nəzarət üzrə komitənin hesabatında deyilir.

Komitənin məlumatına görə, dövlət və hökumət başçıları, nazirlər və onların yaxın ətrafı, həmçinin hərbi obyektlər dinləməyə məruz qalıblar. Xüsusilə, Avropa Birliyi və NATO dövlətlərinin diplomatik nümayəndəlikləri aktiv müşahidə altında olub.

Bundan başqa, qeyri-hökumət və biznes təşkilatlarının dinlənildiyi bildirilir.

Almaniyanın "Deutche Welle" (DW) nəşri hesab edir ki, Almaniyanın xüsusi xidmət orqanlarının genişmiqyaslı dinləmələri haqqında informasiya Angela Merkel və onun hökuməti üçün diplomatik çətinlikləri yarada bilər. Vəziyyəti ağırlaşdıran əsas məqam dinləmə haqqında məlumatların “Brexit” və miqrasiya böhranı fonunda dərc edilməsidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm