Moskva məscidinin imamı tutuldu
Bizi izləyin

Dünya

Moskva məscidinin imamı tutuldu

Moskvanın “Yardyam” məscidinin imamı Mahmud Velitov saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə imamın vəkili Daqir Xasavov “İnterfaks” agentliyinə bildirib.

Vəkilin sözlərinə görə, Mahmud Velitova Cinayət Məcəlləsinin 205.2 (terror fəaliyyətinin həyata keçirilməsinə ictimai çağırışlar və ya terrorizmin ictimai bəraəti) maddəsi üzrə ittiham təqdim edilib. İmam dünən saxlanılıb. Onun evində və məsciddə axtarışlar aparılıb.

Vəkilin sözlərinə görə, imam artıq ifadə verib və günahını qismən etiraf edib.

Günahı sübuta yetirilərsə, Velitovu 2 ildən 5 ilədək azadlıqdan məhrum edilmə cəzası gözləyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm