Türk helikopteri Yunanıstanda: Xain hərbçilər bu ölkəyə sığındı
Bizi izləyin

Dünya

Türk helikopteri Yunanıstanda: Xain hərbçilər bu ölkəyə sığındı

Türkiyəyə məxsus bir hərbi helikopter Yunanıstanın Aleksandropolis (Dədəağac) şəhərinə enib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, SOS siqnalı verərək Yunanıstana enən helikopterdə 7 hərbçi və 1 mülki şəxs olub. Onların hərbi çevriliş cəhdində iştirak etmiş şəxslər olduqları güman olunur. Bu şəxslərin Yunanıstandan siyasi sığınacaq istədikləri barədə xəbərlər gəlir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fakta münasibət belə münasibət bildirib: “Helikopterlə Yunanistana qaçan 8 xain əsgərin dərhal təslim edilməsini istədik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm