Dünya
FETÖ ilə ABŞ-ın yazışması: Obamanı 15 dəqiqəlik...
Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klintonun köməkçisinin elektron ünvanından edilən yazışmalarda Fəthullah Gülən və Ekmeleddin İhsanoğlunın adı çəkilib.
Publika.az xəbər verir ki, yazışmalardan FETÖ-nun (Fəthullahçı Terror Təşkilatı) ABŞ prezidenti Barak Obama ilə İhsanoğlunu bir araya gətirmək üçün çalışdığı aydın olur.
“Judicial Watch” (“Hüquqi növbə”) hüquq müdafiə təşkilatının əldə etdiyi yazışmalarda FETÖ nümayəndəsi Gökhan Özkökün dövrün dövlət katibi Hillari Klintonun köməkçisi (protokol xidmətinin rəhbəri) Huma Abedinə yazdığı məktuba diqqət çəkir.
1 aprel 2009-cu il tarixli məktubda FETÖ-cu Özkök İhsanoğlu üçün vasitəçilik edir. Özkök Huma Abedin vasitəsilə Klintona mesaj göndərir və ondan 15 dəqiqəlik olsa belə Obama ilə İhsanoğlu arasında görüşün keçirilməsi üçün kömək istəyir.
Həmin vaxt İslam Konfransı Təşkilatının baş katibi olan Ekmeleddin İhsanoğlunun Obama ilə görüşündə FETÖ-nun niyə maraqlı olması isə sual doğurur.
Gökhan Özkök ABŞ-da FETÖ-ya bağlı olan Türk Mədəniyyət Mərkəzinin başçısı Rəcəb Özkanla birlikdə bu ölkədə FETÖ üçün lobbiçilik edir. Rəcəb Özkan 2015-ci ildə Klintona 1 milyon dollarlıq hədiyyə verməsi ilə diqqət mərkəzində olmuşdu. Gökhan Özkök isə Klintonu dəstəkləmək üçün qurulan bir fondun maliyyə başçısı kimi çalışıb.
Daha əvvəl yayılan məlumatlara görə, Rusiya ABŞ-da Demokrat Partiyasının poçt xidmətinin qırılmasına görə ittiham edilir. Demokratlar Partiyası hesab edir ki, Moskva Klintona zərbə vurmaqla onun rəqibi – respublikaçı namizəd Donald Trampa kömək etməyə çalışır.
Ömər Dağlı
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO