Dünya
Qaşqay türkləri etiraz etdi - AKSİYA
19-cu əsrdə yaşamış Qaşqay türklərinin böyük alim və şairi Mirzə Məzunun məzarının Şiraz Vəqflər Müdirliyi tərəfindən təxrib edilməsi əhali və Qaşqay elinin ictimai fəallarının etirazına səbəb olub.
Urmiyədə fəaliyyət göstərən Yol Press adlı internet qəzetinə istinadən, avqustun 11-də Şirazda etiraz aksiyası keçirən onlarla Qaşqay türkü məşhur şairin məzarının bərpasını tələb edib.
Yol Press-in mitinqdən yaydığı şəkillərdə etirazçıların üzərində “şairin məzarını məhv etmək, mədəniyyəti məhv etməkdir” və “Qaşqay eli türk dilini qoruyacaq” sözlər yazılmış plakatlar qaldırdığı görünür.
Qashqai Online saytının yaydığı məlumata görə, Mirzə Məzunun məzarı onun yaxınlığında dəfn edilmiş Müzəffərilər sülaləsinə (1314-1393) mənsub Şahzadə Mənsura məxsus bir məqbərə tikmək məqsədilə təxrib edilib.
19-cu əsrdə (1830-1895) yaşamış, ancaq Qaşqay elində bütün əsrlərin ən böyük şairi kimi tanınan Mirzə Məzunun əsl adı Məhəmməd İbrahimdir. O, türkcədən əlavə fars və lur dillərində də şeirlər yazıb. (amerikanın səsi)
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO
-
MDB09:55
Təyyarə qəzasında yaralanan 9 nəfər Qazaxıstandan bu ölkəyə aparıldı - VİDEO
-
Dünya09:42
Putinin partiyasının binası yandırıldı - VİDEO