İŞİD-çilər polkovniki belə güllələdi – FOTOLAR
Bizi izləyin

Dünya

İŞİD-çilər polkovniki belə güllələdi – FOTOLAR

Yaxin Şərq ölkəsi olan Yəməndə İŞİD terror təşkilatı getdikcə güclənir. Ölkə “Əl-Qaidə” ilə yanaşı, İŞİD üçün də bölgədə ən aktiv məntəqələrdən birinə çevrilib.

Publika.az xəbər verir ki, internetdə İŞİD tərəfdarlarının cinayətlərindən birinin fotoları yayılıb.

Şəkillər göstərir ki, İŞİD tərəfdarı Yəməndə avtomobilin pəncərəsindən bir nəfərin başına arxadan atəş açaraq güllələyir. Onlar cinayət zamanı səsboğucudan istifadə ediblər.

İŞİD döyüşçüləri iddia ediblər ki, təsvirlər Ədən şəhərində polkovnikin qətlini göstərir. Lakin bu məlumatlar hələ yoxlanılmayıb.

Qeyd edək ki, Yəmənin iki il ərzində şiə üsyançıları ilə hökumətə loyal qüvvələr arasında müharibə meydanına çevrilib. Döyüşlər nəticəsində Ədən şəhərində böyük dağıntılar olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm