Dəhşətli kadrlar: uşaqları diri-diri yandırırlar - FOTOLAR/VİDEO (+21)
Bizi izləyin

Dünya

Dəhşətli kadrlar: uşaqları diri-diri yandırırlar - FOTOLAR/VİDEO (+21)

ABŞ-ın Vyetnamda apardığı savaş əsnasında amerikalı hərbçilər amansızlıqla, qəddarlıqla, hətta vəhşiliklə vyetnamlıları napalmla bombalayırdılar.

Naften və palmitin turşularının qarışığı olan napalm qatılaşdırılmış benzinlə qarışdırılandan sonra həddən artıq sürətlə alışan, amma asta yanan və qara tüstü buraxan bir maddədir. Gelvari konsistensiyası sayəsində napalm hədəfə alındığı obyektlərə yapışır, hətta şaquli səthlərdən də qopmur.

"Əl Cəzirə" xəbər verir ki, Suriyada isə prezident Bəşər Əsədə sadiq qoşunlar müxalifətçilərlə yanaşı, dinc əhaliyə qarşı "Napalm-B"dən istifadə edir.

Polistirol, benzol, qələvi metal və benzindən ibarət olan "Napalm-B"ni su ilə söndürmək mümkün deyil.

Dünən Bəşər Əsədin qoşunları Həma vilayətindəki şəhərləri, xüsusilə də Həmanı bombalayıb və bu zaman "Napalm-B"dən istifadə olunub.

Həma sakini Hadiyə Abdallah şəhərin bombardmanlarını smartfonla çəkərək sosial şəbəkələrdə paylaşıb.
"Napalm-B" ilə bombardmanlar zamanı 25 dinc sakin həlak olub, 146 nəfər yaralanıb.
Həlak olanlar və yaralananlar, napalmdan diri-diri yananlar arasında uşaqlar az deyil.

7 uşaq diri-diri yanıb, 64 azyaşlı isə yaralanıb.
28 uşaq isə napalm yanıqları alıb.

Yanmış uşaqlar Həmadakı "Syrian-American Medical Society" təşkilatının hospitalına aparılıblar.
Hospitalın baş həkimi Zaher Səhlulun dediklərinə görə, Bəşər Əsəd qoşunlarını napalmdan istifadə etməsi nəticəsində diri-diri yanan və ağır yaralanan şəxslərin sayı artmaqdadır.

Dünən Suriya qoşunları Homs şəhərinin kənarındakı Əl Vaer bölgəsinə də napalm bombaları atıblar.

Həmadakı bombardmanda vücudu napalmla yanan 5 yaşlı oğlan ağrıdan titrəyirdi. Onu dağıntılar arasından çıxaran şəxslər uşağın əzablarını azaltmaq üçün onun dərisinə dərhal palçıq çəkməyə başlayıblar. (milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm