Putin baş redaktora “dərs verdi”: “On altı il deyil, on iki il”
Bizi izləyin

Dünya

Putin baş redaktora “dərs verdi”: “On altı il deyil, on iki il”

Rusiya prezidenti Vladimir Putinlə onun müsahibə verdiyi “Bloomberg” agentliyinin baş redaktoru Con Mikletveyt arasında maraqlı bir dialoq yaşanıb.

Publika.az xəbər verir ki, baş redaktor Putinin ölkəni 16 ildir idarə etdiyini bildirib və Kreml lideri iki dəfə bu rəqəmə düzəliş edib.

“Siz Rusiyanı 16 il idarə edə bildiniz. Əsas liderlərə baxaq, onların çoxu azı beş-altı ildən artıq hakimiyyətdə qalır. Siz bu insanlara hansı məsləhət verərdiniz ki, onlar hakimiyyətdə daha çox qalsınlar?”, - Mikletveyt sual verib.

Putin cavab verib ki, nəyin bahasına olursa-olsun kreslonu tutmağa çalışmaq lazım deyil. Rusiya prezidenti bildirib ki, Konstitusiya imkan vermədiyi üçün səkkiz il prezident olduqdan sonra dörd il müddətində baş nazir olub. Putin buna görə də Rusiyanı on altı deyil, on iki il idarə etdiyini deyib.

O, həmçinin qeyd edib ki, Kanada və Almaniya liderləri xeyli vaxtdır hakimiyyətdədirlər.

Bundan sonra “Bloomberg”in baş redaktoru deyib: “Amma on altı il deyil. Siz müvəffəqiyyət qazanaraq hamısını ötdünüz”.

“On altı il deyil, on iki il”, - Putin yenidən onun səhvini düzəldib.

Rusiyada növbəti prezident seçkiləri 2018-ci ildə keçiriləcək. Qanun üzrə, seçkilərdə qalib gələn dövlət başçısı bu vəzifəni 6 il tutacaq. Putin namizəd olmaq hüququna malikdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm