Diktatordan qorxunc BƏYANAT: “Hidrogen bombasının...”
Bizi izləyin

Dünya

Diktatordan qorxunc BƏYANAT: “Hidrogen bombasının...”

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ölkənin nüvə gücünün möhkəmləndirilməsinin ehtiyacını vurğulayıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Cənubi Koreyanın “Yonhap” agentliyi bildirib.

Kim Çen In qeyd edib ki, hidrogen bombasının sınağı ilə başlanan “tarixi ildə” (2016-cı il –red.) dövlətə nüvə gücünün möhkəmləndirilməsi işində çox gözəl nailiyyətlər lazımdır.

Qeyd edək ki, sentyabrın 5-də Koreya Xalq Demokratik Respublikasının şərq sahilindən Yapon dənizi istiqamətinə üç ballistik raket atılıb. Raketlər Yaponiyanın xüsusi iqtisadi zonasında – ölkənin ən şimal adası olan Xokkaydonun 200-250 kilometrliyində düşüb.

Koreya bu il yanvarın 6-da növbəti nüvə sınağını keçirib. Bir gün sonra isə süni peyklə raket-daşıyıcı buraxılıb. BMT Təhlükəsizlik Şurası cavabında Pxenyana qarşı sanksiyaları sərtləşdirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm