Dünya
Ərdoğandan ULTİMATUM: “PYD-ni məhv edəcəyik”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sərt bəyanatla çıxış edib. O, PKK terror təşkilatının Suriya qolu olan PYD-ni və onun silahlı qanadı YPG-ni məhv edəcəyini bəyan edib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə vətəndaşlarını Qurban bayramı münasibəti ilə təbrik edən R. T. Ərdoğan xalqın 15 iyulda hərbi çevriliş cəhdinin qarşısını almaqla qəhrəmanlıq göstərdiyini vurğulayıb.
Türkiyənin PKK, FETÖ və İŞİD terror təşkilatlarına qarış mübarizə apardığını bildirən R.T.Ərdoğan görünüşdə rəqib olan bu terror təşkilatlarının əslində Türkiyəyə qarşı birgə hərəkət etdiklərini qeyd edib. 15 iyul hərbi çevriliş cəhdindən sonra PKK terror təşkilatının böyük itkilər verməsinə rəğmən, Türkiyədə terror aktlarının sayını artırmasına diqqət çəkən R.T.Ərdoğan əsas məqsədin Türkiyənin Suriyada həyata keçirdiyi əməliyyatı pozmaq olduğunu nəzərə çatdırıb: “Artıq bölgədəki xalqlar da PKK terror təşkilatına qarşı mənfi münasibətini hər keçən gün daha sərt formada ortaya qoymaqdadır. Türkiyəni PKK bəlasından qurtarmaqda qərarlıyıq. FETÖ kimi PKK-nın da xalqımızın, dövlətimizin gücü qarşısında müqavimət göstərmək şansı yoxdur. PKK-nın Suriyadakı qolu PYD və onun silahlı qanadı YPG-ni də eyni aqibət gözləyir. İŞİD terror təşkilatını Suriyada məhv etmək, həm də ölkəmizdə hər hansı terror aktı həyata keçirə bilməyəcək duruma salmaq xalqımız qarşısında borcumuzdur. Ölkə və millət olaraq bizim təhlükəsizliyimizi təhdid edən bütün terror təşkilatlarını arxalarında kimin durmasından asılı olmayaraq yox edəcəyik və kimsə bu addımları atmaqda bizə mane ola bilməz”.
-
ABŞ10:04Tramp əlacsız durumdadır: Hörmüzə görə Çindən kömək istədi
-
Nida Xəbər 09:34Partlayış səsləri gələcək - MN
-
Avropa08:49Universitetdə epidemiya panikası: ölənlər var - 30 min nəfərə xəbərdarlıq edildi
-
Nəqliyyat08:24Bakının bu yollarınca tıxac var - Siyahı
-
Art07:55"Oskar" mükafatının qalibləri bəlli oldu
-
Sosial07:35Bayram tətilindən necə səmərəli istifadə etmək olar? - Mühüm məsləhət
-
Dünya07:15Mask və Zukerberqin gizli ortaq nöqtəsi: Ev alarkən niyə borclanırlar?
-
Sosial02:18Bakıda müşahidə olunan dronlar - Nə baş verir?
























.jpg)









