MDB
Moskvada kabusa çevrilən gecə: Kütləvi dron hücumu
Rusiyanın paytaxtı Moskva növbəti dəfə pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Rusuya hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan iki dronu məhv edib.
Publika.az xəbər verir ki, bu barədə Moskva meri Serqey Sobyanin məlumat yayıb. Onun sözlərinə görə, bununla da günün əvvəlindən etibarən vurulan pilotsuz aparatların sayı 38-ə çatıb.
Məlumata görə, Rusiyanın paytaxtına ilk dron hücumları gecə saat təxminən 02:30 radələrində başlayıb. Bir müddət fasilədən sonra səhər saat 05:30 ətrafında yenidən davam edib. Merin son açıqlaması isə saat 06:55-də paylaşılıb və daha dörd dronun zərərsizləşdirildiyi bildirilib.
Hadisələr fonunda Moskvanın əsas hava limanlarında məhdudiyyətlər tətbiq olunub. Vnukovo, Domodedovo və Şeremetyevo hava limanları hazırda məhdud rejimdə fəaliyyət göstərir.
Rusiyanın Mülki Aviasiya Agentliyinin məlumatına görə, bu hava limanları yalnız müvafiq qurumlarla razılaşdırılmaqla təyyarələrin eniş və qalxışını həyata keçirir.
Jukovski limanında da uçuş cədvəlində dəyişikliklər mümkündür. Sərnişinlərə uçuş və gəliş məlumatlarını aviaşirkətləri ilə yoxlamaları tövsiyə olunur.
Adəm
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi




































.jpg)
