Dalay Lama Avropanı İŞİD-lə dialoqa çağırdı
Bizi izləyin

Dünya

Dalay Lama Avropanı İŞİD-lə dialoqa çağırdı

Tibetin buddist ruhani lideri Dalay Lama Suriya və İraqda günahsız insan qanının axıdılmasına son verilməsi üçün Avropa Birliyi ölkələrini İŞİD terror təşkilatı ilə dialoq qurmağa çağırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Dalay Lama belə bəyanatla Parisdə keçirilən dini konfransda çıxış edib.

Dalay Lama deyib ki, Suriyada və İraqda müharibənin dayanmasının yeganə yolu İŞİD-lə dialoq qurmaqdır: “Din heç zaman qan tökmək üçün zəmin ola bilməz. Bu baxımdan da İslam dinini terrorla əlaqələndirmək əsla doğru deyil”.

O vurğulayıb ki, indi Avropa Birliyi ölkələri İraq və Suriyadan daha çox miqrant qəbul etməlidir: “Eyni zamanda, Avropa Birliyi həmin miqrantların ölkədə sabitlik yaranandan sonra geri qayıdışını da təmin etməlidir. Əgər Avropa Birliyi bu prosesə əvvəldən müdaxilə edibsə, o zaman prosesi vəziyyət tam düzələnə qədər davam etdirməlidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm