Şövkət Mirziyoyev prezidentliyə namizəd oldu
Bizi izləyin

Dünya

Şövkət Mirziyoyev prezidentliyə namizəd oldu

Özbəkistanda İslam Kərimovun səlahiyyətlərini müvəqqəti icra edən Şövkət Mirziyoyevin prezidentliyə namizədliyi irəli sürüləcək.

Publika.az xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının “facebook” səhifəsində məlumat yayılıb.

Ş. Mirziyoyevin namizədliyi Özbəkistanın Liberal-Demokratiya Partiyasının Siyasi Şurasında irəli sürülüb.

Qeyd edək ki, İslam Kərimovun ölümündən sonra qanunvericliyə görə, prezident səlahiyyətləri Senatın sədri icra etməli idi. Lakin Senat sədri Niqmatulla Yuldaşev geri çəkilərək, baş nazir Şövkət Mirziyoyevi dəstəklədiyini açıqladı. Növbədənkənar prezident seçkiləri dekabrın 4-nə təyin olunub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm