• USD 1,7000 0,00% EUR 1,9288 +0,21%
    • GBP 2,1346 -0,76% RUB 0,0240 0,00%

Mark və həyat yoldaşından yeni layihə

  • Dünya
  • 23 Sentyabr 2016 08:19
  • 607 Baxış
Mark və həyat yoldaşından yeni layihə

Facebookun təsisçisi Mark Zukerberq əsrin sonunadək uşaq xəstəliklərinin aradan qaldırılmasını istəyir. Milyarder və onun həyat yoldaşı Çan gələn 10 il üçün ianə etdikləri 3 milyard dolların araşdırmalara sərf ediləcəyini bəyan edib.

Bu məbləğin böyük hissəsi, yəni 600 milyonu San Fransiskoda yerləşən Kaliforniya Universiteti və Berklidəki Kaliforniya və Stanford Universitetlərinin əməkdaşlığına ayrılıb.

​"Mark və mən son iki ili Nobel mükafatına layiq görülən alimlər və kollec tələbələrinədək müzakirələrə sərf etmişik. Biz uşaqların gələcəyinin mümkünlüynə inanır və bütün uşaq xəstəliklərinin aradan qaldırılmasını qarşıya məqsəd qoymuşuq”-deyə Çan bildirib.

Xəstəliklərlə mübarizə mərkəzinə nevroloq Kori Barmann rəhbərlik edəcək.

Mark Zukerberq deyib ki, ilk alətin əldə edilməsi və ilk xəstəliyin aradan qaldırılması illər aparacaq. O, bunun səbr tələb etdiyini bildirib.

Zukerberq və Çan milyarderlərin gəlirlərinin yarısını xeyriyyəçiliyə sərf etdikləri "İnaə et" cəmiyyətinə üzvdür. Bill və Melina Qeytslər, Uorent Buffet, Elen Mask, Riçard və Coan Bransonlar kimi digər zənginlər də xeyriyyəçilik təşəbbüsünə qoşulub.

Zukerberqlər sərvətlərinin 99 fanzini ianələrə sərf edəcəklərini deyib.

Facebook 2004-cü ildə təsis edilib və o zamandan bəri 4.5 milliard dollar gəlir əldə edib. Şirkətin gündəlik istifadəçisi 1 milyard təşkil edir. İstifadəçilərin 80 faizi xarici ölkələrdə yaşayanlardır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR