Dünya
Ukraynada kəşfiyyat müharibəsi gedir
Ötən ilin dekabr ayında paytaxt Kiyevdə başlanan, daha sonra Krım yarımadasına keçən gərginlik hazırda Ukraynanın şərq regionlarında davam edir. Rusdilli əhalinin üstünlük təşkil etdiyi bu regionlarda bir çox inzibati binalar Rusiya tərəfdarı olan silahlı qruplar tərəfindən ələ keçirilib.
Ölkənin şərqində yaranan gərginliyə görə, Rusiya və ABŞ-dan qarşılıqlı ittihamlar səslənir. Ukrayna Milli Təhlükəsizlik Xidmətinin antiterror əməliyyatının başlandığını elan etməsi isə Rusiyanın sərt reaksiyasına səbəb oldu.
Publika.Az – ın xarici mediaya istinadən verdiyi məlumata görə, Rusiya baş naziri Dmitri Medvedev “Twitter” səhifəsində əməliyyatın “vətəndaş müharibəsinə yol aça biləcəyi” xəbərdarlığı edib.
Rusiya baş naziri Kiyev rəhbərliyini “Mərkəzi Kəşfiyyat İdarəsinin əmri ilə hərəkət etməklə” ittiham edib. Rusiya xarici işlər naziri Sergey Lavrov isə dünən bildirib ki, Moskva ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) başçısı Con Brennanın Kiyevə səfəri ilə bağlı Ukrayna hakimiyyətindən izahat gözləyir.
Moskvanın Kiyevdən izahat istəməsinə baxmayaraq, Ağ Ev Sergey Lavrovun bəyanatına münasibət bildirib. Ağ Ev MKİ başçısı Con Brennanın keçən həftə Ukraynanın paytaxtı Kiyevdə olmasını təsdiqləyib. ABŞ prezidentinin mətbuat xidmətinin rəhbəri Cey Karni məsələ ilə əlaqədar Rusiya mətbuatında yayılan dezinformasiyalara da münasibət bildirib. C.Karni Amerika mətbuatına açıqlamasında qeyd edib ki, Ağ Ev heç vaxt MKİ başçısının xarici ölkələrə etdiyi səfərlər barədə açıqlamalar vermir: "Lakin Rusiya mətbuatının Brennanın Kiyev səfəri ilə əlaqədar həqiqət olmayan məlumatlarına cavab olaraq belə bir açıqlama vermək qərarına gəldik. Həqiqətən də Con Brennan Avropaya səfərinin bir tərkib hissəsi kimi Kiyevdə də olub".
Karni MKİ başçısının Rusiya kəşfiyyatının rəsmiləri ilə gizli görüşməsi məlumatlarını təkzib edib. Ağ Ev rəsmisi bunu absurd adlandırıb.
Rusiya mətbuatının Ukraynadakı mənbələrə istinadən verdiyi xəbərə görə, məhz MKİ rəhbərinin Kiyev rəhbərliyi ilə görüşündən sonra Slavyansk əməliyyatı barədə qərar verilib.
Ukrayna Təhlükəsizlik Xidməti isə ölkənin şərqindəki silahlı qiyama görə Rusiya hərbi kəşfiyyatını ittiham edib. Qurumdan açıqlanan məlumatda bildirilir ki, üç gün ərzində silahlı qrupların telefon danışıqlarını dinləyən Ukrayna kəşfiyyatı “Yaşıl adamlar” adlandırılan bayraqsız formalı silahlı qrupların liderinin Rusiya hərbi kəşfiyyatının zabiti İqor Strelkov olduğunu müəyyənləşdirib. İddiaya görə, Strelkov Donetsk vilayətindəki inzibati binaların tutulması əməliyyatlarını koordinasiya edir.
Ömər Dağlı
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO