Dünya
“Donetsk Respublikası” təslim olmaq üçün şərtlərini açıqladı
Ukraynanın Donetsk vilayətində “Donetsk Xalq Respublikası”nın yaradıldığını elan edən rusmeylli qüvvələr inzibati binaların azad olunması üçün şərtlərini açıqlayıb.
Publika.Az – verdiyi xəbərə görə, BBC-yə danışan seperatçılardan biri Aleksandr Qnezdilo Kiyevdəki Prezident Administrasiyası və Ali Radanın azad edilməli olduğunu bildirib.
“Ukraynanın qeyri-legitim hakimiyyəti də bu binaları qanunsuz ələ keçirib”, - o, deyib.
Eyni mövqeyi “Donetsk Xalq Respublikası”nın “baş naziri” Denis Puşilin də ifadə edib: “Biz binaların azad edilməsinə razıyıq. Amma inzibati binalar ilk olaraq Donetskdə deyil, 2014-cü ilin əvvəlində Kiyevdə və Qərbi Ukraynada tutulub. Gəlin, binaları ardıcıllıqla azad edək. Əvvəlcə Kiyevdə, Qərbi Ukraynada, sonra isə bizdə. Biz binaları ilk olaraq azad edən tərəf olmayacağıq”.
Donetsk vilayəti “xalq qoşunu”nun rəhbərlərindən olan Sergey Tsıplakovun RİA xəbər agentliyinə açıqlamasında səsləndirdiyi şərtlər isə bir qədər fərqlidir: “Silahdaşlarımız binaları azad etməyə və təslim olmağa hazırdır. Bunun üçün isə hakimiyyət siyasi dustaqları azad etməli, milliyətçi radikal “Sağ sektor” tərksilah edilməli və Ukraynanın ərazi quruluşunun dəyişdirilməsi ilə bağlı referendum təşkil edilməlidir”.
Lakin S.Tsıplakov hakimiyyətin güzəştlərə gedəcəyinə şübhə etdiyini ifadə edib.
Cenevrədə keçirilənm dördtərəfli danışıqlardan sonra Ukrayna xarici işlər naziri Andrey Deşitsa ölkənin şərqində terrorçuluğa qarşı əməliyyata cəlb edilmiş hərbi birləşmələrin ərazidən çıxarılmayacağını bildirib. “Qoşunların olduğu yer Ukrayna ərazisidir. Biz qoşunu çıxarmalı deyilik”, - nazir vurğulayıb.
Ömər Dağlı
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu