Ukraynada şəhər tamamilə mühasirəyə alındı
Bizi izləyin

Dünya

Ukraynada şəhər tamamilə mühasirəyə alındı

Ukraynada şəhər tamamilə mühasirəyə alındı

Ukrayna hakimiyyəti terrorçuluğa qarşı əməliyyatın ikinci mərhələsi çərçivəsində Slavyansk şəhərini tamamilə blokadaya almağa qərar verib.

Publika.az – ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezident administrasiyasının müvəqqəti başçısı Sergey Paşinski keçirdiyi brifinqdə bildirib.

S.Paşinski əsas məqsədin problem lokallaşdırmaq olduğunu deyib. Prezident administrasiyasının müvəqqəti başçısı bu gün Ukrayna xüsusi təyinatlı bölmələrin terrorçuluğa qarşı əməliyyatın ikinci mərhələsinə başladığını deyib.

S.Paşinskinin sözlərinə görə, terrorçuların uşaq bağçaları və xəstəxanalarda dayaq məntəqələrini yerləşdirməsi ilə bağlı kəşfiyyat məlumatları var. “Bu təsdiq edilmiş faktdır. Slavyansk şəhərində artıq heç bir siyasət yoxdur. Bu klassik terrorizmdir”, - o, əlavə edib.

O, əməliyyatın davam etdiriləcəyini, eyni zamanda siyasətçilər və ictimai fəallarla danışıqlara hazır olduğunu ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm