Dünya
Bolqarıstan ictimai yerlərdə niqaba qadağa qoydu
Bolqarıstan parlamenti qadınlara ictimai yerlərdə üzlərini bağlamağı qadağan edən qanun layihəsini qəbul edib.
İctimai yerlərdə niqab və ya burka geyinən qadınlar 100 dollara yaxın cərimə olunacaq.
Eyni məsələyə görə ikinci cərimənin məbləği bir qədər çoxdur. Cərimənin ən yüksək həddi təxminən 800 dollardır.
Qanunvericiliyə əsasən ictimai yerlərdə "üzü yarı və ya tam örtən istənilən geyim" qadağan olunur.
Parlamentdə müzakirələr zamanı ölkədə türk cəmiyyətinin maraqlarını qoruyan Hüquqlar və Azadlıqlar uğrunda Hərəkat partiyası yeni qanuna qarşı çıxış edərək onun dini ayrı-seçkilik yaratdığını deyib.
Türklər Bolqarıstan əhalisinin 13 faizini təşkil edir və ölkənin ən böyük müsəlman icması hesab edilirlər.
Bolqarıstan türkləri üzlərini bağlamasalar da, daha azsaylı mühafizəkar müsəlmanlar ictimai yerlərdə üzlərini bağlayır.
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO