İŞİD liderinin yeməyinə zəhər qatdılar
Bizi izləyin

Dünya

İŞİD liderinin yeməyinə zəhər qatdılar

İŞİD terror qruplaşmasının başçısı Əbubəkr Bağdadiyə sui-qəsd cəhdi olub.

İŞİD terror qruplaşmasının başçısı Əbubəkr Bağdadiyə sui-qəsd cəhdi olub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə İraqın Naynava əyalətindəki şəxsi mənbəyə istinadən “Iraqi Media News Agency” bildirib.

Hadisə Neynava əyalətinin mərkəzi olan Mosul şəhərində baş verib.

“Əbubəkr Bağdadi və İŞİD-in üç aparıcı komandirinin qidadan zəhərlənməsi ilə bağlı kəşfiyyat məlumatı daxil olub”, - agentliyin həmsöhbəti deyib.

Mənbənin sözlərinə görə, Bağdadi və digər üç komandir ağır zəhərlənmədən əziyyət çəkir. Onlar naməlum istiqamətə aparılıb. Hadisənin baş verdiyi ərazidə həbslər başlanıb.

Agentliyin həmsöhbəti əlavə edib ki, Bağdadinin yerdəyişmələri yalnız onun yaxın ətrafına məlumdur. İŞİD lideri İraq və Suriyada öz yerini daim dəyişdirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm