Madura müxalifətə qalib gəldi
Bizi izləyin

Dünya

Madura müxalifətə qalib gəldi

İmzatoplama kampaniyası ikinci və ümumxalq referendumun təşkili yolunda son mərhələ idi.

Venesuelanın Milli Seçki Şurası (Azərbaycan Mərkəzi Seçki Komissiyasının analoqu – red.) prezident Nikolas Maduranın səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması haqqında referendumun keçirilməsini qeyri-müəyyən təxirə salıb.

Publika.az xarici mediaya istibnadən xəbər verir ki, beləliklə prezident səlahiyyətlərinin dayandırılması üçün oktyabrın 26-28-i tarixlərinə nəzərdə tutulmuş növbəti imzatoplama kampaniyası keçirilməyəcək.

İmzatoplama kampaniyası ikinci və ümumxalq referendumun təşkili yolunda son mərhələ idi.

Müxalifət artıq çətin ki, referendumun məhz bu il keçirilməsinə nail olacaq. Əgər müxalifətçilər referendumda qalib gələ bilsəydilər, respublikanın yeni prezidenti ümummilli seçkilərin gedişatında müəyyən edilmiş olacaqdı.

Qeyd edək ki, hazırda hakimiyyəti tənqid etmək üçün müxalifətin əlində kifayət qədər arqumentlər var. Buna isə neftin qiymətlərinin kəskin düşməsi nəticəsində ölkənin iqtisadi böhranla üzləşməsi və hakimiyyətin çıxış yolları tapmaqda çətinlik çəkməsi imkan yaradıb. Hazırda Nikolas Maduronın reytinqləri anti-rekordları vurur. Müxalifətdə olmaq məlum olduğu kimi indiki situasiyada daha asandır. Amma bununla belə paradoksal vəziyyət formalaşıb: hakimiyyətə dəstəyin azalmasına baxmayaraq, hakimiyyət əleyhinə olan güclər siyasi xalı praktik olaraq toplaya bilmirlər.

Ölkədə növbəti prezident seçkiləri 2018-ci ildə keçiriləcək. Həmin vaxta qədər isə neftin qiymətlərinin artacağı və iqtisadi inkişafın əldə ediləcəyinə dair ümidlər var.

2014-cü ildən başlayaraq "qara qızıl"ın qiymətinin düşməsi Venesuela iqtisadiyyatına ciddi zərbə vurub. Neft ehtiyatı 297,7 milyard barel olan Venesuela neftin satışından əldə etdiyi gəlirlərdən asılıdır və ixracın 96 faizini neft ixracı təşkil edir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm