BMT "Cenevrə-2" konfransı ilə bağlı İrana etdiyi dəvəti geri götürdü
Bizi izləyin

Dünya

BMT "Cenevrə-2" konfransı ilə bağlı İrana etdiyi dəvəti geri götürdü

Birləşmiş Millətlər Təşkilatı ( BMT) bu həftə keçirəcəyi "Cenevrə -2" beynəlxalq konfransına qatılması üçün İrana etdiyi dəvəti geri götürüb.

Birləşmiş Millətlər Təşkilatı ( BMT) bu həftə keçirəcəyi "Cenevrə -2" beynəlxalq konfransına qatılması üçün İrana etdiyi dəvəti geri götürüb.

Publika.az xəbər verir ki, BMT Baş katibinin sözçüsü Martin Nesirky məsələylə bağlı açıqlamasında bildirib ki, buna səbəb Baş katib Pan Gi-Munla əldə etdilən razılaşma ilə İran hökumətinin sonradan verdiyi açıqlamaların bir-birinə zidd olmasıdır.

ABŞ hökuməti isə İranın Suriyada demokratik seçkilərin keçirilməsi üçün keçid hökumətinin qurulmasına dəstək vermədiyi müddətdə belə konfranslara dəvət edilməsinin doğru olmadığını bildirmişdi. Bunun fonunda BMT-nin dəvəti geri götürməsi ABŞ-ı məmnun edib.

Qeyd edək ki, BMT Baş katibi Pan Gi-Mun İranın "Cenevrə-1" konfransında Suriyada keçid hökumətinin qurulması barədə qəbul edilən qərarla razılaşdığını və buna görə "Cenevrə-2"-yə dəvət olunduğunu açıqlamışdı. Lakin İran rəsmiləri bunu inkar ediblər.

Oral Mədənçi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm