Dünya
Halqa daralır: Yaponiya da Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
Bu gün Yaponiya hökuməti Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib.
Publika.az – ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, sanksiyalar Rusiyanın dövlət strukturlarının 23 nümayəndəsi və digər şəxslərə vizalarının verilməsinin müvəqqəti dayandırılmasını nəzərdə tutur.
“Qara siyahı”da kimlərin adının olduğu hələlik açıqlanmayıb. Sanksiyalar “G7”-yə (böyük yeddilik) daxil olan ölkələr tərəfindən qəbul edilmiş kollektiv qərarların icrası çərçivəsində qəbul edilib.
Xatırladaq ki, Yaponiya 18 Mart tarixində Rusiyaya qarşı sanksiyaların birinci paketini qəbul edib. Həmin sanksiyalar Moskvanın Krımla bağlı mövqeyinə cavab idi.
Qeyd edək ki, dünən ABŞ və Avropa İttifaqı da Rusiyaya qarşı sanksiyalarını genişləndirib. ABŞ-ın sanksiyaları Rusiyanın daha 7 vətəndaşı və 17 şirkətinə şamil ediləcək. Həmin şəxslər arasında Putinin yaxın ətrafına daxil olan iki şəxs də var. Onların aktivləri dondurulacaq, ABŞ-a viza ala bilməyəcəklər. 17 şirkət isə bütünlüklə prezidentin yaxın ətrafına aiddir.
Avropa İttifaqı ölkələri ərazisinə girişi qadağan edilən və Avropa banklarında hesabları dondurulan Rusiya vətəndaşlarının siyahısı da genişləndirilib. Yeni siyahıya Rusiya rəhbərliyinə yaxın daha 15 nəfərin adı daxil edilib. AB üzvü olan ölkələrin 28 diplomatının bu ortaq qərarı “üçüncü dərəcəli” sanksiyalar sayılır və Rusiyanı maliyyə bazarlarından təcrid eləməyə yönəlib. Bu sanksiyaların ölkə iqtisadiyyatına ciddi təsir edəcəyi gözlənilir.
Ömər Dağlı
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi