2050-ci Rusiyada ruslardan sonra ən böyük etnos onlar olacaq
Bizi izləyin

Dünya

2050-ci Rusiyada ruslardan sonra ən böyük etnos onlar olacaq

Alimlər Çindən Rusiyaya olan insan miqrasiyasını hesablayaraq bu qərara gəliblər ki, 2050-ci ildə çinlilər Rusiyada yaşayan ikinci ən böyük xalq ola bilər.

Alimlər Çindən Rusiyaya olan insan miqrasiyasını hesablayaraq bu qərara gəliblər ki, 2050-ci ildə çinlilər Rusiyada yaşayan ikinci ən böyük xalq ola bilər.

Avropa.info xəbər verir ki, bu barədə Miqrasiya Tədqiqatları Mərkəz institutunun direktoru Janna Zayonçkovskaya məlumat verib. O, deyib ki, Çində işsizlərin sayı Rusiyanın ümumi əhalisinin sayından daha çoxdur. Əgər Çinlə münasibətlər belə sıx davam edərsə, 2050-ci ildə çinlilər Rusiyada ruslardan sonra ən böyük xalqa çevrilə, hətta Orta Asiyadan gələn miqrantları da keçə bilərlər.

Ekspert bildirib ki, 2030-cu ildən sonra Orta Asiyadan gələn miqrantların sayı azalacaq. Çünki bu ölkələrin gənc əhalisinin əsas hissəsi artır iş və təhsil üçün ölkələrindən çıxıb gediblər.

Hal-hazırda Rusiyaya miqrant axınının əsas mərkəzləri Tacikistan, Özbəkistan və müəyyən qədər Ukraynadır.

“Əgər biz “donorlar” haqqında düşünürüksə, normal iqtisadi inkişaf üçün Rusiya başqa ölkələrdən adam almalıdır. Çindən savayı alternativ görmürəm” – Zayonçkovskaya belə deyib.

Rusiya pensiya yaşını artırsa belə əmək qabiliyyətli əhali ilə bağlı vəziyyəti düzəldə bilməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm