Dünya
Qarabağın azad olunmasının qarşısını alan hadisə
Bu gün Ermənistan parlamenti gülləbaran edilməsindən 17
il ötür.
Publika.az xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsinin
həllində yaranmış irəliləyişin qarşısını almaq üçün bir qrup erməni
terrorçu 1999-cu ilin 27 oktyabr tarixində Ermənistan parlamenti
gülləbaran etdilər.
1998-ci ildə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan
Dağlıq Qarabağ münaqişəsinin həllinə razılıq vermişdi.
“Mərhələli həll” variantı üzrə işğal altındakı ərazilərin azad
olunacaqdı. Lakin 1998-ci ilin 3 fevral tarixində “Qarabağ
klanı”nın üzvləri olan baş nazir Robert Koçaryan, müdafiə naziri
Vazqen Sarkisyan və daxili işlər və milli təhlükəsizlik naziri Serj
Sarkisyanın təzyiqi ilə istefa verməyə məcbur edildi. Adıçəkilən
şəxslər işğal olunmuş ərazilərin qaytarılmasına qarşı çıxırdılar.
1998-ci ilin mart ayında Robert Koçaryan prezident postuna
yiyələndi.
Bir il sonra – 1999-cu il oktyabrın 27-də Naira Unanyan və onun
rəhbərlik etdiyi qrupun üzvləri parlamentin iclasına daxil olaraq,
baş naziri, spikeri, vitse-spikeri və deputatları gülləboran
etdilər. Məlumatlara görə, parlamentin iclasına hücumun məqsədi də
məhz Qarabağ münaqişəsinin həllində yaranan irəliləyişin qarşısının
alınması idi.
Həmin vaxtdan başlayaraq, indiyə kimi Ermənistanın
kriminal-avtoritar rejimi münaqişənin həll olunmaması üçün bütün
vasitələrə əl atır.
Asif
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO