MI5-dən XƏBƏRDARLIQ: “Rusiya bütün Avropada...”
Bizi izləyin

Dünya

MI5-dən XƏBƏRDARLIQ: “Rusiya bütün Avropada...”

Böyük Britaniyada Rusiyanın bir çox kəşfiyyatçısı hərəkət edir.

“Rusiya Böyük Britaniyanın sabitliyinə təhdid yaradır və öz hədəflərinə çatmaq üçün müasir vasitələrdən istifadə edir”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın MI5 əks-kəşfiyyat xidmətinin başçısı Endrü Parker deyib.

“Rusiya xarici siyasətini təbliğat, casusluq, diversiyalar və kiberhücumlar da daxil olmaqla təcavüzkar üsullarla həyata keçirmək üçün bir sıra dövlət orqanlarından istifadə edir. Rusiya bütün Böyük Britaniya və Avropada fəaliyyətdədir. MI5-nin işi buna qarşı durmaqdır”, - Endrü Parker bildirib.

MI5-in başçısı həmçinin vurğulayıb ki, Böyük Britaniyada Rusiyanın bir çox kəşfiyyatçısı hərəkət edir. Onun sözlərinə görə, Rusiyanın hədəflərinə sənaye layihələri, iqtisadi informasiya, hərbi sirlər, həmçinin hökumətin xarici siyasətinə dair məlumatlar daxildir.

Endrü Parker qeyd edib ki, Rusiya özünü daha çox Qərbə müxalifət kimi göstərir və buna uyğun hərəkət edir. Kəşfiyyat şefi Rusiyanın onilliklər ərzində gizli təhdid olduğunu bildirib. Amma o, konkret sübutları təqdim etməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm