Dünya
“İkinci Qroznı” əməliyyatı başlayır: Son 24 saat
Rusiya Hələb üçün “İkinci Qroznı Planı” hazırlayır.
Publika.az xəbər verir ki, bu barədə türkiyəli yazar
Mehmet Acet deyib.
Onun sözlərinə görə, 1999-2000-ci illərdə Qroznını alandan sonra
şəhərdə daş üstündə daş qoymayan ruslar eyni şeyi indi Hələbdə
etmək istəyirlər.
“5 ildir böyük dağıntılara məruz qalan Hələb əvvəlkilərdən daha
böyük hücum dalğası ilə üz-üzədir. Əgər ruslar planlarında son anda
dəyişiklik etməsələr, şəhər alt-üst ediləcək. Rusiya Baş qərargah
rəisi Valeri Gerasimov Hələbdəki müxaliflərə silahı buraxıb şəhəri
tərk etmələri üçün 10 saat vaxt verdi. ABŞ-da noyabrın 8-də
prezident seçkiləridir. Yeni prezident gələn ilin yanvarında
vəzifəsinin icrasına başlayacaq. Həmin müddətə qədər postunda qalan
əvvəlki prezident, yəni Obama amerikalıların dediyi kimi, “Topal
ördək” (Lame Dock) rolunu yerinə yetirəcək. Yəni prezident postunda
otursa da, əl-qolu bağlı olur. Rusiya ABŞ-da yaranmış vəziyyətdən
istifadə edərək, planlarını həyata keçirmək istəyir. 2008-ci ildə
Obama prezident seçiləndən sonra səlahiyyətlərinin icrasına yenidən
başlayacağı müddətə qədər İsrail də Qəzzaya hücum etmişdi. İndi də
Rusiya eyni vəziyyəti dəyərləndirir”, - deyə o bildirib.
Yazar qeyd edir ki, Rusiyanın planından Ankaranın da xəbəri var:
“Ötən həftə Ərdoğanın önəmli müşavirlərindən biri bu haqda mənə
danışmışdı. Həmin adam Rusiyanın planının qarşısını almaq üçün
Ankaranın ciddi səy göstərdiyini də bildirdi”.
Qeyd edək ki, Rusiya noyabrın 4-də yerli vaxtla saat 09:00-dan
19:00-a qədər müddətdə müxalifətin Hələbi tərk etməsini tələb edir.
Əks təqdirdə şəhər bombalanacaq.
Asif
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
































