Dünya
Naməlum yırtıcı 42 yaşlı kişini parçaladı
Malayziyanın Perak sultanlığında naməlum yırtıcı bir kişini parçalayaraq yeyib.
Publik.az xəbər verir ki, bu barədə “Malay Mail” məlumat yayıb.
42 yaşlı Zamberi Angah sentyabrın 21-də gündüz saatlarında bitki toplamaq üçün cəngəlliyə getdikdən sonra itkin düşüb. Axşam saatlarında polis əməkdaşlarının və yerli sakinlərin iştirakı ilə axtarış əməliyyatı başlayıb. Onlar tezliklə bambuk kolluqlarında Angahın qalıqlarını aşkar ediblər.
Kişinin bədəninin aşağı hissəsi yeyilib. Məlum olub ki, yırtıcı onu kolluğun içərisinə 200 metr sürükləyib. Hücum edən heyvanın dəqiq hansı növ olduğu hələlik məlum deyil. Hadisə yerində toplanmış dəlillər əsasında hakimiyyət bunun pələng olduğundan şübhələnir.
Yerli şuranın deputatı daha sonra Angahın ailəsi ilə əlaqə saxladığını və onlara maddi yardım göstərdiyini bildirib. Hücumun baş verdiyi ərazidə tələlər quraşdırılacaq.
Hüseyn İbadlı
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO

































