Dünya
96 saat sonra gözlənilən fəlakət: ərzaq və dərman tədarükü başlandı – XİLAS PLANLARI
ABŞ-da mühafizəkarların çoxu ehtiyat edir ki, Hillari
Klinton prezident olarsa, ölkə xaos və vətəndaş müharibəsi ilə
qarşılaşacaq. Məhz buna görə mümkün xaos və vətəndaş müharibəsinə
hazırlıq üçün indidən ərzaq, dərman, geyim və silah tədarükü
edirlər. Əslində, bu, yeni ideya deyil, hansı ki, survivalistlər
çoxdan belə gələcəyə hazırlaşır.
Publika.az xəbər verir ki, survivalizm
tərəfdarları “sağ qalmaq istəyənlər”dir. Ruslar onlara
“vıjıvalşik”, ingilislər isə “prepper” deyir. Onların düşüncəsinə
görə, müasir dünya tükdən asılıdır və xırda təkan onu cəhənnəmə
uçuracaq.
Klintonun qələbəsi və vətəndaş müharibəsi
Survivalist hesab edir ki, bir gün dünyada iqtisadiyyat, hakimiyyət
dağılacaq, xaos yaranacaq, küçələrdə soyğunçular meydan sulayacaq.
Yalnız o insanlar xilas olacaq ki, onlar həmin günə əvvəlcədən
hazırlanıblar. Statistikaya görə, Amerikada survivalistlərin sayı 4
milyondur. Lakin onların qorxuları eyni deyil. Bəziləri təbii
fəlakətlərə hazırlanır, digərləri tektonik qəzalara, aclığa,
epidemiyaya, yaxud nüvə müharibəsinə.
Hazırda ABŞ-da seçkiqabağı dövr olduqca gərgin keçir.
Survivalistlər artıq xaos gününün yaxınlaşdığından ehtiyat edirlər.
Onlar gələcəyin səsvermənin nəticələrindən asılı olduğunu
düşünürlər. Güman edirlər ki, Hillari Klintonun qələbəsi ölkəni
xaosa, vətəndaş müharibəsinə sürükləyəcək.
Böyük şəhərlərdən qaçışa hazırlıq
Survivalistlərin fikrincə, istənilən qarışıq vəziyyətdə xilas olmaq
üçün ilk addım böyük şəhərdən qaçışdır. Onların çantası artıq
hazırdır və bədbəxtliyin ilk əlamətini hiss edən kimi qaçacaqlar.
Survivalistlərin onlyan mağazası belə hadisələr üçün hazır dəstlər
təklif edir. Kompas, dərman çantası, radioqəbuledici, günəş
batareyaları ilə işləyən fənər və maqnezium alışqanlar. Dəstin
içində bunların hamıs var.
“Zombi”lərdən qorunmaq
Survivalistlər əvvəldən təxliyyə üçün ideal marşrut seçməli və
xəlvət yerdə sığınacağı hazırlamalıdır. Həmin yerdə dərmanlar, su
və ərzaq ehtiyatı gizlədilməlidir. Misal üçün, “Armaqeddon” ticarət
mərkəzi qaçış üçün təkliflər verir. Bir insana yarım il çatacaq
ərzaq min dollar, bir neçə insanın qalacağı sığınacaq isə yüz min
dollaradır.
Survivalistlər özləri ilə mütləq silah götürür. Bu, “zombi”lərdən
qorunmaq üçün nəzərdə tutulur.
İnsanlar özlərini xilas etmək haqda düşünür
Amerikada “My Patriot Supply” internet mağazası artıq səkkiz ildir
ki, konservlər, sutəmizləyici sistenlər, ümumiyyətlə qəzalar,
fəlakətlər zamanı lazım olan hər şey satır. Şirkətin rəhbəri Keyta
Bensemera deyir ki, əvvəllər təlabat az idi, lakin prezident
seçkiləri ərəfəsində sürətlə çoxaldı.
“Görünür, insanlar seçkilərin nəticəsinə təsir edə bilmirlər və
özlərini xilas etməyi düşünürlər”, - deyə o izah edir.
“My Patriot Supply” ilə rəqabət aparan “The Epicenter” şirkəti də
son dövrlər məhsullarına marağın artdığını hiss edir.
“Əvvəllər bizim ofisimizə gələn alıcılar qidanı donduran və uzun
illər xarab olmağa imkan verən liofilizarlarla maraqlanırdılar,
indi isə ehtiyat üçün alırlar”, - şirkətin sahibi Brayan Nelson
danışır.
Nelsonun sözlərinə görə, alıcılar yaxınlaşan seçkilərə və gələcək
xaosa görə narahatdır. Onun özü də seçkidən sonra nələrin olacağını
bilmir və qorxduğunu etiraf edir. Lakin etiraf edir ki, mağazanın
satışları yüksək səviyyədə gedir. İstənilən terror, təbii fəlakət,
yaxud epidemiya onun gəlirlərini artırır.
Nüvə müharibəsi, robortların hücumu, vətəndaş müharibəsi və
xilas yolları
Amerikalı sahibkar Sem Altman “Nyu Yorker” jurnalına danışır ki,
onu dünyanın sonu haqqında düşüncələr təqib edir.
Epidemiya dünyanın sonunun gəldiyini göstərən variantlardan
biridir. Altman nüvə müharibəsi, həmçinin, süni intellektin
(robortların) hücumu haqda da düşünür. O, əmindir ki, gec-tez nəsə
olacaq. İqtisadi çöküş, vulkan püskürməsi, vətəndaş müharibəsi,
yaxud başqa bir şey.
“Deməli, istənilən gözlənilməz hadisəyə hazırlaşmaq lazımdır”, - o,
danışır. Biznesmen İsrail ordusunun arsenalından silah və əleyhqaz
əldə edib. Onda antibiotik ehtiyatı və şüa xəstəliklərinə qarşı
kaliumun yodu var. Bütün bunlarla yanaşı, Kaliforniyanın əhalisi az
olan rayonların birində etibarlı sığınacaq yeri hazırdır. Onun
ehtiyat variantı da var. Bu, Yeni Zelandiyaya qaçışdır. Tanışı olan
milyarderlərdən biri ona öz evində sığınacaq verməyə söz verib.
İndiyə qədə survivalistlərin ssenariləri hələ ki, reallaşmayıb.
Lakin Amerikada onlar seçkidən sonrakı dövrə ciddi şəkildə
hazırlaşırlar. Bu dəfə proqnozların həyata keçib-keçməyəcəyi
noyabrın 8-dən sonra bəlli olacaq.
Asif
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq