Netanyahu: “ABŞ məni devirmək istəyir”
Bizi izləyin

Dünya

Netanyahu: “ABŞ məni devirmək istəyir”

Benyamin Netanyahu deyib ki, İsrail tarixində heç zaman bu qədər xalqın iradəsinə qarşı müdaxilə olmayıb.

İsrailin baş naziri Benyamin Netanyahunun 2015-ci ildə ABŞ əleyhinə söylədiyi qalmaqallı çıxışları ortaya çıxıb.

Publika.az xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, Benyamin Netanyahu 2015-ci il martın 17-də israilli bir jurnalistə zəng edərək, ona ABŞ əleyhinə fikirlər bildirib:

“Daha sonra Benyamin Netanyahu deyib ki, İsrail tarixində heç zaman bu qədər xalqın iradəsinə qarşı müdaxilə olmayıb. Seçkilərdə şanslarımı itirmək üzrəyəm. Barak Obamanın mənə qarşı münasibətləri normal deyil, bizə təzyiqlər olunur. Görünən odur ki, ABŞ məni devirmək istəyir. Çünki mən açıq şəkildə ABŞ-ın Fələstini dövlət kimi tanımasına və əməkdaşlıq qurması siyasətinə etiraz etmişəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm