Dünya
Klinton əri ilə seçki məntəqəsində - - VİDEO
Bu gün ABŞ-da prezident seçkiləri keçirilir.
Publika.az xəbər verir ki, Demokratlar Partiyasından ABŞ prezidentliyə namizəd Hillari Klinton həyat yoldaşı, keçmiş prezident Bill Klintonla birlikdə Nyu-Yorkda seçki məntəqəsinə gələrək səs verib.
Ətrafdakı insanlara əl eləyən xanım Klinton kimsəylə danışmadan içəri daxil olub.
Amerikada seçki sistemi Azərbaycan kimi ölkələrdən ciddi şəkildə fərqlənir. Dünyanın əksər ölkələrində geniş yayılmış seçki sistemi namizədlərin birbaşa seçicilər tərəfindən seçilməsidir. Ancaq ABŞ kimi bir neçə ölkədə seçki sistemi xeyli fərqlənir. ABŞ-da prezidenti xalq birbaşa seçmir. Amerika seçki qanunlarına əsasən, xalq arasında keçirilən birbaşa səsvermədə seçilmiş nümayəndələr seçir.
Bu qaydaya əsasən, ABŞ vətəndaşları əvvəlcə hər ştatda əhali sayına görə Konqresin Nümayəndələr Palatasının üzvü, yəni konqresmen sayına bərabər nümayəndə seçir. Ümumilikdə, 538 nümayəndə seçilir. Amerika qanunlarına görə, seçkilərdə qalib gəlməsi üçün namizədlərdən biri seçilmiş nümayəndələrin yarısından çoxunun (538 nümayəndənin 270-nin) səsini almalıdır. Əgər bu, olmasa, yəni namizədlərdən biri 50+1 nümayəndə səsini qazana bilməsə, o zaman yeni prezidenti Konqres seçir.
Bu gün seçilmiş nümayəndələr 40 gün sonra ölkənin 45-ci prezidentini seçəcəklər.
Ömər Dağlı
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO