Trampa qarşı çıxan 150 nəfər həbs olundu
Bizi izləyin

Dünya

Trampa qarşı çıxan 150 nəfər həbs olundu

ABŞ-ın bir çox şəhərində artıq üç gündür Tramp əleyhdarlarının kütləvi etiraz aksiyaları keçirilir.

ABŞ-ın Los-Anceles şəhərində polis əməkdaşları qanunsuz etiraz aksiyasına toplaşanlardan 150 nəfəri saxlayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Donald Trampın prezident seçilməsinə qarşı təşkil olunan aksiyada üç minədək etirazçı iştirak edib. Şəhər administrasiyasının binasınadək yürüş keçirən etirazçılar aksiyanı meriyanın qarşısındakı parkda davam etdiriblər. Etirazçıların polisin dağılışmaq çağırışına məhəl qoymaması həbslərə səbəb olub.

Qeyd edək ki, ABŞ-ın bir çox şəhərində artıq üç gündür Tramp əleyhdarlarının kütləvi etiraz aksiyaları keçirilir. Bəzi şəhərlərdə aksiyalar iğtişaş və toqquşmalarla nəticələnib, yüzlərlə etirazçı saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm