Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edilir
Bizi izləyin

Dünya

Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edilir

Pyotr Poroşenko Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin məhkəmə vasitəsilə Ukrayna vətəndaşlığından məhrum etmək fikrindədir.

Ukrayna prezidenti Pyotr Poroşenko Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin məhkəmə vasitəsilə Ukrayna vətəndaşlığından məhrum etmək fikrindədir.

Publika.az xəbər verir ki, Mixail Saakaşvili bu haqda “Facebook” səhifəsində yazıb.

Gürcüstanın eks-prezidenti məlumatlı mənbəyə istinad etdiyini bildirib.

Saakaşvilinin məlumatına görə, prezident bu məsələni “Pyotr Poroşenko Bloku” fraksiyasının başçısının birinci müavini İqor Kononenko və Ali Radanın hüquqi siyasəti komitəsinin üzvü Aleksandr Qranovskiyə tapşırıb.

Ukrayna daxili işlər nazirinin məsləhətçisi İlya Kiva Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsini tələb edib.

“Poroşenko hansı xidmətlərinə görə qaçaq cinayətkar Saakaşvili və onun şəriklərinə Ukrayna vətəndaşlığını verdi? Axı soyğun və sabotajdan başqa heç nə onları ölkəmizə gətirməyib. Ukrayna torpağı uğrunda vuruşan nə qədər Ukrayna vətəndaşı layiq olduğu rütbəni ala bilmədilər. Saakaşvili və onun dəstəsinin Ukrayna vətəndaşlığından məhrum edilməsini tələb edirəm”, - İlya Kiva “Facebook” səhifəsində yazıb.

Xatırladaq ki, Mixail Saakaşvili noyabrın 7-də istefa verib. Saakaşvili Odessada keçirdiyi mətbuat konfransında deyib ki, istefa qərarı hakimiyyətin korrupsiya ilə mübarizə aparmaq istəməməsi ilə əlaqədardır. O, bildirib ki, Ukrayna prezidenti Pyotr Poroşenko regionda korrupsiya klanlarını şəxsən dəstəkləyir.

Ukrayna prezidenti Saakaşvilinin istefasını siyasi ambisiyalarla bağlayıb.

Mixail Saakaşvili yeni partiyanın yaradıldığını elan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm