"Əl-Qaida" rəhbəri Suriyada məhv edildi
Bizi izləyin

Dünya

"Əl-Qaida" rəhbəri Suriyada məhv edildi

ABŞ iddia edir ki, "Əl-Qaida" beynəlxalq terror qruplaşmasının yerli bölmələrindən birinin rəhbəri, Misir əsilli Əbu əl-Fərəc əl-Məsri Suriyada məhv edilib.

Publika.az xəbər verir ki, ABŞ-ın Müdafiə Nazirliyinin mətbuat katibi Piter Kuk belə bir iddia ilə çıxış edib.

Mətbuat katibi jurnalistlər üçün keçirdiyi ənənəvi brifinqdə bununla bağlı əməliyyatı "Əl Qaida"ya növbəti zərbə kimi qiymətləndirib. Piter Kuk əl-Məsrinin noyabrın 18-də məhv edildiyini açıqlayıb.

Qeyd edək ki, Pentaqon oktyabrın əvvəllərində də əl-Məsrinin məhv edildiyini xəbər vermişdi. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm