Dünya
Rusiyanın 134 min hərbçisi Ukraynaya iki istiqamətdən hücum edəcək - İnfoqrafika
Rəsmi Moskva Ukrayna ərazisinə hücum etməyəcəyi barədə təminat verib.
Amma Moskvanın bu təminatına nə Qərb, nə də Kiyev inanır. Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinov dünən parlamentdə etdiyi çıxışında da bu məsələyə toxunub. O, Rusiya ilə real kontinental müharibə təhlükəsinin olduğunu bildirib.
Publika.az – ın unian.net saytına istinadən verdiyi məlumata görə, Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Timçuk Ukraynaya hücum təhlükəsi ilə bağlı infoqrafika yayıb.
“İnformasiya müqaviməti” qrupunun operativ məlumatlarına əsasən bu gün Rusiya işğalçılarının iki mümkün zərbə istiqaməti mövcuddur: Slobojansko və Donetsk”, - hərbi ekspert yazıb.
D.Timçuk Rusiyanın Ukrayna ilə sərhədlərində ümumilikdə 134 min hərbçisinin olduğunu qeyd edib. Onlardan 22 mini Krım yarımadasındadır.
Xatırladaq ki, bir neçə gün əvvəl də Rusiya və Ukrayna ordusunun hərbi texnika və şəxsi heyətinin müqayisəsini göstərən infoqrafika yayılmışdı.
Ömər Dağlı
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO