Dünya
Binəli Yıldırım İŞİD və “Əl-Qaidə”nin yaranma səbəblərini açıqladı
“Ən böyük beynəlxalq terror qruplaşmaları əhəmiyyətli regional problemlərə uzunmüddətli etinasızlıq şəraitində yaranıblar”.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) tələbələri ilə görüşdə Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
“PKK, İŞİD, “Əl-Qaidə” və “Boko Haram” kimi terror qruplaşmaları onilliklər ərzində həll edilməyən və etinasız yanaşılan regional problemlərə görə yaranıb. Bu problemlər vaxtında həll edilsəydi, bugünkü çətin vəziyyət də yaranmazdı. İndi onları həll etmək çox çətindir. Bütün bunlar bəşəriyyət üçün başqa problemlər yaradır”, - deyə Türkiyənin baş naziri qeyd edib.
O, əlavə edib ki, regional problemlərə məhəl qoyulmasa, onlar gec-tez genişlənə və qlobal problemlərə çevrilə bilər: “Bütün dünya bir-biri ilə bağlıdır, heç kim müstəqil hərəkət edə bilmir. Nə Türkiyə, nə Rusiya, nə də İraq və Suriya. Biz artıq regiondakı vəziyyətdən asılı olduğumuzu deyə bilmirik”.
Qeyd edək ki, Türkiyənin baş naziri bu gün Rusiyaya ikigünlük səfər edib.
Ömər Dağlı
-
Dünya21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ