Obama mübahisələrə son qoydu: “Sübut yoxdur”
Bizi izləyin

Dünya

Obama mübahisələrə son qoydu: “Sübut yoxdur”

ABŞ prezidenti Barak Obama ölkəsində keçirilən prezident seçkilərinin nəticələrinə kənar müdaxilələrin edildiyinə dair söz-söhbətlərə son qoyub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Obama 2016-cı ilin son mətbuat konfransında səslərin düzgün hesablandığını və seçki maşınlarının işinə hakerlərin müdaxilələrinin olmadığını deyib.

“Səslər düzgün şəkildə hesablanmışdı. Biz seçki maşınlarının işinə kənar müdaxilələrin olduğuna dair sübutlar görmədik. Mən buna əminəm”, - deyə dövlət başçısı bildirib.

Barak Obama həmçinin seçkilərin nəticələrinə müdaxilə etməkdə ittiham olunan Rusiya ilə münasibətlərə toxunub. Ağ Evin başçısı ABŞ və Rusiya arasındakı münasibətlərin pisləşməsindən təəssüfləndiyini dilə gətirib. “Biz artıq Rusiyaya qarşı böyük sayda sanksiyalar qəbul etmişik. ın böyük miqdarına malikik. Son illər ABŞ və Rusiya arasında təəssüf ki, xeyli pisləşib”, - Obama əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm