Silahlı qruplar Tehrana girəcək - İranda “şəhər döyüşü” planı
Bizi izləyin

Nida Təhlil

Silahlı qruplar Tehrana girəcək - İranda “şəhər döyüşü” planı

İran müharibəsinin qurudan hücum mərhələsinə keçid zamanı ABŞ-ın öncə yerli silahlı qrupları hərəkətə gətirə biləcəyi haqda yazmışdıq. Bu kontekstdə “Wall Street Journal”ın məlumatı diqqət çəkir.

Nəşr ABŞ rəsmisinə istinadən yazır ki, “Vaşinqton İran rejimini devirmək üçün silahlı mübarizəyə başlamaq istəyən qrupları dəstəkləməyə hazırdır”.

Bu, İranda “Suriya ssenarisi”nin təkrarlanması riskini yaratsa da, ABŞ-ın planı daha fərqli görünür. “Axar az”-ın İrandakı yerli mənbələrdən əldə etdiyi məlumat bununla bağlı müəyyən təxminlər yaradır. Məlumata görə, ilk olaraq hərbi bazaları, aerodromlar və raket bazaları, silah anbarlarını hədəfə alan ABŞ və İsrailin hazırki hədəfi polis idarələri, hətta sahə polis məntəqələridir. Növbəti hədəf isə məscidlər ola bilər, çünki SEPAH-a bağlı “Bəsic” yarımhərbi qüvvələrin mərkəzlərinin əksəriyyəti ibadət evinin həyətində yerləşir.

Bu o deməkdir ki, ABŞ İranın yuxarıdan aşağıya doğru bütün hərbi-təhlükəsizlik qüvvələrini sıradan çıxarmağı planlaşdırır. Trampın “İran xalqı hələ evlərindən çıxmasın” açıqlamasını da bu konteksdə belə oxumaq mümkündür: mövcud hakimiyyətin bütün resursları məhv edildikdən, yaxud böyük ölçüdə neytrallaşdırıldıqdan sonra xalqın hökumət binalarını – hərbi-siyasi qərarvermə mərkəzlərini nəzarətə götürməsinin önü açıla bilər. ABŞ-ın İranda dəstək vermək istədiyi yerli qruplar isə idarəçiliyin nəzarətə götürülməsinin təmin edilməsində rejimə bağlı dəstələrlə döyüşəcək.

Belə bir plan İranda “şəhər döyüşləri”nin başlanmasına yol aça və mövcud rejimin potensialı fonunda daha qanlı toqquşmaya – Suriya ssenarisinə səbəb ola bilər. Hərçənd, İranda mümkün Suriya ssenarisi daha qısamüddətli olacaq. Çünki Suriyadan fərqli olaraq, İranı praktiki müstəvidə müdafiə edəcək təsiredici gücə malik xarici oyunçu yoxdur, eyni zamanda, ABŞ-İsrail zərbələri altına düşən hakimiyyətə bağlı qüvvələri müqavimət imkanları zəifləyəcək.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm