Nida Xəbər
Qardaş ölkə müharibəyə girdi - İndi nə baş verəcək?
Böyük Britaniya müstəmləkə siyasətindən imtina edərkən yeni yaranan dövlətlər arasında sərhədləri elə müəyyənləşdirib ki, 100 il sonra da münaqişələr davam edir. Afrikanın bir qrup ölkəsi arasında sərhəd düz xətlə çəkilib, Pakistanla Hindistan arasında Kəşmir iki hissəyə bölünüb, Pakistanla Əfqanıstan arasındakı sərhəd isə 1893-cü ildə “Dürand xətti” deyilən prinsiplə müəyyənləşib ki, hər iki tərəf indiyənə qədər bir-birini sərhəd pozuculuğunda ittiham edir. Nə qədər ki, iki ölkə arasında sərhədin müəyyələşməsiylə bağlı razılıq yoxdur, Pakistanla Əfqanıstan arasında gərginlik azalmayacaq.
Publika.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, hazırki müharibə uzun sürməyə bilər, Türkiyə iki dövlət arasında atəşkəsə çalışır, xarici işlər naziri Hakan Fidan pakistanlı və əfqan həmkarlarıyla telefonla danışıb:
“Bölgədəki gərginlik Pakistan və Əfqanıstandan keçməsi planlaşdırılan nəqliyyat dəhlizlərini sual altında qoyur. Çin Pakistanla strateji tərəfdaş olmaqla yanaşı, Pekinin Əfqanıstanın resurslarından və nəqliyyat imkanlarından istifadə etmək planları var. Pekin Talibanla müxtəlif müqavilələr imzalayıb.
Qərb liderləri Çin lideri Si Szinpinin Ukraynaya qarşı işğalçı müharibəsini dayandırması üçün rusiyalı həmkarı Vladimir Putinə təsir göstərməsini istəyirlər. Si bunda maraqlı deyil. Çünki Rusiya-Ukrayna müharibəsi Çinin iqtisadi gücünə təhlükə yaratmır, əksinə, Pekin Rusiyadan ucuz neft və qaz alır. Pakistan-Əfqanıstan müharibəsi isə Çinin birbaşa maraqlarına toxunur. Ona görə də mümkündür ki, Pekin də Ankara kimi bu iki dövlət arasında gərginliyin azaldılması üçün vasitəçilik təşəbbüslərinə başlasın”.
E.Şahinoğlunun fikrincə, vasitəçilik təşəbbüsü uğur qazansa belə, bu, müvəqqəti xarakter daşıyacaq, çünki problem kökündən həll olunmalıdır.
Qeyd edək ki, ötən gündən Pakistanla Əfqanıstan arasında toqquşmalar başlayıb. Hər iki tərəfdən onlarla ölənin olduğu iddia edilir.
Pakistan Əfqanıstanı Hindistanın göstərişlərini yerinə yetirməkdə ittiham edib və açıq müharibəyə girdiyini elan edib.
Türkiyə Ərəbistan və Qətərlə birgə savaşın dayandırılması üçün hər iki ölkə ilə təmaslara başlayıb.
-
Region04:14Ankara Cevdet Yılmazı Tehrana göndərir
-
Magazin101:11Cennifer Lopez səhnəyə elə libada çıxdı ki... - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu sizə ən doğru yolu göstərəcək
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin12 İyul 21:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin22 İyul 19:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi










.jpg)




















.jpg)





