Dünya
İranla müharibədə ABŞ-ın ən zəif nöqtəsi - Rusiya açıqladı
Rusiya Federasiya Şurasının senatoru Aleksey Puşkov ABŞ-ın raket ehtiyatlarını İranla münaqişədə əsas zəif nöqtə adlandırıb.
Publika.az xəbər verir ki, o, bu barədə “Telegram”da yazıb.
Puşkov, NATO-nun Avropa üzrə keçmiş baş komandanı, admiral Ceyms Stavridisin sosial media platforması “X”də İsrail və ABŞ-ın sahib olduğu “Patriot” və “Tomahawk” raketlərinin sayını şübhə altına aldığı paylaşımına diqqət çəkib.
"Onun fikrincə, bu, ən vacib şeydir. Və bu, həqiqətən də raket müharibəsində ən vacib şeydir. Və bu, həm də Amerikanın əsas zəifliyidir", - deyə rusiyalı senator bildirib.
O əlavə edib ki, artıq tutucu raket ehtiyatlarının azalması ilə bağlı məlumatlar var. "Admiralın bu mesajı əvvəlcə paylaşması, sonra isə silməsi təsadüfi deyil", - deyə Puşkov vurğulayıb.
CNN əvvəllər anonim bir amerikalı məmura istinadən ABŞ-ın ehtiyatda olan “Tomahawk” və “SM-3” raketlərinin arsenalının tükəndiyini bildirmişdi.
Tural
-
ABŞ07:30Huanq xəyanətə görə işçilərindən üzr istədi
-
İdman06:46Keçmiş “Bars”a rəsmisindən “Real”a atmaca - “Dəli olurlar, biz isə zövq alırıq”
-
Magazin106:16"Onu itirmək həyatımdakı ən ağır sınaq olub" - Nəsrin Cavadzadə
-
Pul04:44“Qara cümə” öncəsi fırıldaqçıların hiylələri üzə çıxdı
-
Avropa02:42Rusiya Odessanı vurdu - Ölənlər və xəsarət alanlar var
-
Magazin201:11Türkiyədə yeni HƏBS DALĞASI - Özcan Dəniz, Deniz Çakır və Burcu Özberk saxlanıldı
-
Qoroskop00:15Günün ulduz falı - Keçmişdə qalmış xatirə yenidən canlana bilər
-
Art00:00Əməkdar artist çayla əsərlər yaradırmış -













.png)

















