Dünya
Hava limanında iki sərnişin təyyarəsi toqquşdu
Moskvanın "Şeremetyevo" Beynəlxalq Hava Limanında iki "A321" tipli aerobus qanad-qanada toqquşub. Təyyarələrin göyərtəsində sərnişin və heyət üzvləri olmayıb.
"Report" xəbər verir ki, bu barədə TASS-a aeroportun mətbuat xidmətindən məlumat verilib.
"Təyyarələrdə sərnişin və heyət üzvləri olmayıb", - deyə aeroportdan bildirilib və hər iki təyyarənin "Aeroflot" aviaşirkətinə məxsus olduğu qeyd olunub.
"Şeremetyevo"nun mətbuat xidmətinin məlumatına görə, toqquşma təyyarələrdən birinin yedəyə alınması zamanı baş verib. Həmin zaman digər təyyarə perronda olub. Hazırda hava limanı daxilində toqquşmanın səbəbləri araşdırılır.
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi