Dünya
Ərdoğan: “Bu, açıq-aşkar təxribatdır”
“Rusiyanın Türkiyədəki səfirinə hücum təxribatdır”.
Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Dövlət başçısının sözlərinə görə, Türkiyə və Rusiya kifayət qədər təcrübəyə malikdirlər və təxribata uymayacaqlar.
R.T.Ərdoğan öz adından və Türkiyə xalqı adından Rusiya Prezidentinə və xalqına başsağlığı verib.
Onun sözlərinə görə, Türkiyə və Rusiya prezidentlərinin söhbətində beynəlxalq terrorizmlə mübarizədə birliyin möhkəmləndirilməsinin zəruriliyi vurğulanıb.
Türkiyə lideri Vladimir Putinin Rusiya səfirliyi və Baş konsulluğunun mühafizəsinin gücləndirilməsini xahiş etdiyini deyib:
"Hadisənin araşdırılması üzrə operativ mərkəzin yaradılmasının məqsədəuyğunluğu qeyd olundu. Bu işdə rusiyalı mütəxəssislər də iştirak edəcək. Rusiyanın Ankaradakı səfirinə hücum Türkiyə dövlətinə və xalqına hücum deməkdir. Bu, açıq-aşkar təxribatdır. Əminəm ki, bu faktı Rusiyadakı dostlarımız da anlayırlar".
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi
-
Art09:36
Azərbaycanda aktyor vəfat etdi - Foto