ABŞ Yaxın Şərqdən geri çəkilir – RƏSMİ
Bizi izləyin

Dünya

ABŞ Yaxın Şərqdən geri çəkilir – RƏSMİ

ABŞ donanması Yaxın Şərqdə anti-terror əməliyyatlarında iştirak edirdi.

“Dwight D” və “Eisenhower” təyyarədaşıyan gəmilərinin də daxil olduğu ABŞ Hərbi-Dəniz Qüvvələrinin onuncu zərbə qrupu Yaxın Şərqdən ölkəsinə yola düşüb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Amerika Hərbi-Dəniz Qüvvələrinin bəyanatında deyilir.

Qrupun tərkibinə təyyarədaşıyanlardan başqa, “San Jacinto” raket kreyseri, “Mason” və “Nitze” esminesləri daxildir. Donanma qrupu yaxın vaxtlarda Norfolk (Virciniya ştatı) bazasına çatacaqlar.

Təyyarədaşıyan donanma qrupunda 6 mindən çox dənizçi var. Onlar Yaxın Şərqdə 7 aydır xidmət edirdi. ABŞ donanması Yaxın Şərqdə anti-terror əməliyyatlarında iştirak edirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm